AZ

Qazaxıstan millisinin üzvü "Sabah"da

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisi Qazaxıstan millisinin qapıçısı Stas Pokatilovu transfer edib. "Sabah" transfer barədə paylaşımında yeni futbolçusunu qazaxca salamlayıb.

Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-13), “Şaxtyor” (Karaqanda, 2013-15), “Aktobe” (2015-16, 2022-23), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib. 2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Stas yığmada 28 oyun keçirib.

Qeyd edək ki, bu, "Sabah"ın cari transfer pəncərəsində gerçəkləşdirdiyi ilk keçiddi.

Seçilən
5
32
football-plus.az

10Mənbələr