Xəbər verdiyimiz kimi, qazaxıstanlı Aygül Berdiqalıyeva qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı çıxışı diqqət çəkib.
Ölkə.az xəbər verir ki, onu tez-tez həlak olmuş qadınlardan birinin ruhu ziyarət edib və təyyarə qəzası baş verən yerdə qızıl sırğanı tapmağı, onu anasına təhvil verməyi xahiş edib.
A.Berdiqalıyeva sırğanı tapdıqdan sonra yeni video yayaraq bildirib ki, sırğaların sahibi gənc qadın uzun müddət komada qaldıqdan sonra ayılıb:
“Şokdayam, təsəvvür edirsiniz, biz sırğanı tapdıqda o xanım komadan ayılıb. O, hamilədir və bətnindəki uşaq da hazırda salamatdır. İki ay əvvəl evlənibmiş. Bakıda reanimasiyadadır. Öyrəndim ki, bu sırğanı ona toy hədiyyəsi olaraq qayınanası alıbmış”.
Onun sözlərinə inansaq, qadın Bakıda komada olarkən yuxuda Aygüllə görüşüb.
Hazırda tapılan qızıl sırğanın sahibinə - Azərbaycana göndərildiyi qeyd edilir.