Ov tüfəngindən atəş açaraq 11 yaşlı oğlunun ağır yaralanmasına səbəb olan İbrahim Köse (53 yaş) adlı şəxs həbs edilib.
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Bartın bölgəsində baş verib.
Hadisə yanvarın 22-də saat 18.30 radələrində baş verib.
İddiaya görə, İbrahim Kösenin əlində ehtiyyatsız davrandığı ov tüfəngi işə düşüb. Silahdan atılan qəlpələr Kösenin oğlu U.K.-ya dəyib. Nəticədə uşaq qarın nahiyəsindən xəsarət alıb.
Xəbər üzərinə polis və təcili yardım qrupları ünvana sövq edilib.
U.K. Dövlət Xəstəxanasının reanimasiya şöbəsində müalicə altına alınıb. İbrahim Köse saxlanılıb.