Qərbi Azərbaycanlılar arasında keçirilən rəy sorğusunun nəticələrinə əsasən, Qərbi Azərbaycanlıların 93,1 faizi tarixən yaşadıqları torpaqları məcburiyyət altında tərk etdiklərini bildiriblər.
"Operativ Media" xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticəsində əksini tapıb.
Bildirilib ki, bu nəticə Ermənistan hökumətinin etnik təmizləmə siyasətini təsdiq etməklə, azərbaycanlıların öz tarixi torpaqlarını zorakılıq, təzyiq və təhlükələr şəraitində tərk etmək məcburiyyətində qaldığını göstərir:
“0,7 faizlik göstərici isə könüllü olaraq köç edənlərin məhz 1988-ci ildən əvvəlki dövrə aid olanlar olduğunu müəyyən edir. Sorğu iştirakçılarının 6,2 faizi bu sualı cavablandırmaqda çətinlik çəkib”.
Qeyd edək ki, sorğular 2025-ci ilin 9–12 yanvar tarixlərində 1000 nəfər Qərbi Azərbaycanlı arasında keçirilib. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95 faiz, əminlik intervalında 3 faiz təşkil edir.