AZ

Türkiyədə sorğu: “Seçki olsaydı, hansı partiyaya səs verərdiniz?" – Nəticələr


“ORC Araşdırma” şirkəti Türkiyənin 26 vilayətdə 2 930 iştirakçı ilə üzbəüz aparılan sorğunun nəticələrini ictimaiyyətlə bölüşüb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, sorğu zamanı iştirakçılara "Bu bazar günü ümumi seçki olsaydı, hansı partiyaya səs verərdiniz?", sualı verilib.
Sorğuda iştirak edənlərin 29,8 faizi CHP-yə, 29,3 faizi isə AKP-yə səs verəcəklərini bildirib.
Qeyd olunur ki, şirkətin 2-7 yanvar tarixləri arasında 41 vilayətdə 3 920 iştirakçı ilə keçirdiyi sorğuda AKP 30,2 faiz, CHP isə 29 faiz alıb.
Anket nəticələrinə görə, digər partiyaların səs faizləri belə olub:
MHP - 8,8 faiz
DEP Partiya - 7,4 faiz
Yeni Rifah Partiyası -  5,2 faiz
Zafer Partiyası - 4,9 faiz
İYİ Partiya - 4,5 faiz
BBP - 1,9 faiz
Gələcək Partiyası - 1,7 faiz
TİP - 1,6 faiz
YMP - 1,3 faiz
A Partiyası - 1,2 faiz
Seçilən
1
6
yeniavaz.com

9Mənbələr