AZ

Salyanda 100 yaşdan yuxarı 5 seçici səsvermədə iştirak edəcək

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 64 saylı Salyan seçki dairəsində 100 yaşdan yuxarı 5 nəfər səsvermədə iştirak edəcək.

Bu barədə “Report”un Aran bürosuna DSK-nın sədri Fuad Kərəmov məlumat verib.

Bildirib ki, sözügedən seçicilərdən birinin 104 yaşı var, qalan üç nəfər isə 100, 102, 103 yaşındadır.

80-100 yaş arasında olan seçicilərin sayı isə 709 nəfərdir.

Qeyd edək ki, 64 saylı Salyan seçki dairəsində 48 seçki məntəqəsi yaradılıb. Bütün seçki məntəqəsində seçicilərin səs verməsi üçün hər cür şərait yaradılıb.

Səsvermədə 50 min 531 seçicinin iştirakı gözlənilir.

Seçilən
12
17
report.az

10Mənbələr