Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində Saatlı rayonunda yaşı 100-dən çox olan 11 nəfər səs verəcək.
Bu barədə “Report”un Aran bürosuna 66 saylı Saatlı Dairə Seçki Komissiyasının sədri Arif Əliyev məlumat verib.
O, bildirib ki, bunların ən uzunömürlüsü 106 yaşlı qadındır. Səsvermədə 80-100 yaş arasında olan 399 nəfər də iştirak edəcək.
Komissiya sədri onu da vurğulayıb ki, 8 bələdiyyə uğrunda qeydə alınmış 197 namizəd mübarizə aparacaq. Bunlardan 94 nəfəri bələdiyyə üzvlüyünə seçiləcək.
Qeyd edək ki, 66 saylı Saatlı seçki dairəsində 48 min 008 nəfərin səsvermədə iştirakı üçün 47 seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələrin hamısında seçici və müşahidəçilər üçün hər cür şərait yaradılıb.