Türkiyənin Bolu vilayətində, Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında həyatını itirənlərin sayı 76-ya çatıb.
Bu barədə açıqlama verən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, hadisə ilə əlaqədar aparılan istintaq çərçivəsində indiyədək 9 nəfər saxlanılıb.
Yanğının səbəbi hələ müəyyən edilməyib.
Xatırladaq ki, baş verən yanğınla bağlı Türkiyədə bir günlük matəm elan edilib.
ZÜMRÜD