AZ

Süni intellektin köməyi ilə Qazaxıstanda 665 min məhkəmə işinə baxılıb

Astana, 22 yanvar, AZƏRTAC

Qazaxıstanda yeknəsəq məhkəmə təcrübəsinin formalaşmasına töhfə verən və hakimlərin işini əhəmiyyətli dərəcədə asanlaşdıran süni intellekt texnologiyaları tətbiq edilir.

AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Ali Məhkəməsinin sədri Aslambek Merqaliyev bildirib.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə görüşdə məhkəmə sisteminin 2024-cü il üzrə yekunlarına dair məlumatı təqdim edərək, o, işlərin və materialların təxminən üçdə birinə - 2 milyondan 665 mininin robototexnika vasitəsilə baxıldığını qeyd edib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

 

 

 

Seçilən
20
29
azertag.az

10Mənbələr