AZ

Sərxoş kişi evlərinə qonaq gələn oğlunun qaynını bıçaqladı, həbs edildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sahib Səfərlinin (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs məhkəmə iclası zalından həbs olunub.


İttihama görə, hadisə 30 avqust 2024-cü il tarixdə Şəmkir rayonu, Atabəy kəndində qeydə alınıb.


Belə ki, 1955-ci il təvəllüdlü Sahib Səfərli bir neçə gün əvvəl kənd təsərrüfatı işlərində köməklik göstərməsi üçün yaşadıqları evə qonaq gəlmiş, oğlunun qaynı, zərərçəkmiş Rahib Bəkirovla (soyadı şərti) birlikdə 2 litr araq içib. Sonra o, sərxoş vəziyyətdə olanda evin həyətində yerləşən yarımtikilinin içərisində mobil telefon vasitəsilə danışaraq yüksək səslə nalayiq ifadələr işlədib. Zərərçəkmiş şəxs isə evdə bacısının olduğunu deyib. Sahib bu səbəbindən Rahibin ona irad bildirməyindən əsəbiləşərək onunla sözlə mübahisə edib. Bu zaman təqsirləndirilən şəxs bıçaqla qonağın qarın boşluğuna bir dəfə zərbə endirərək ona xəsarət yetirib.


Hadisədən sonra Sahib Səfərli saxlanılaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. 

 

Kamal Məmmədov 

Tarix: 22 Yanvar 2025, 08:59   
Seçilən
31
50
pravda.az

10Mənbələr