Ümumdünya Meteorologiya Təşkilatı ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) bu gün rəsmi olaraq "Buzlaqların Mühafizəsi üzrə Beynəlxalq İli" təşəbbüsünün başladığı bildirilib.
News24.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı açıqlama yayıb.
Açıqlamada vurğulanıb ki, “Beynəlxalq Buzlaqların Mühafizəsi İli” dünyada 2 milyarddan çox insanı şirin su ilə təmin edən buzlaqların qorunması üzrə qlobal səylərdə mühüm mərhələdir.
Bildirilib ki, il ərzində çoxsaylı tədbirlərin təşkilində məqsəd buzlaqların iqlim sistemində və hidroloji sikldə kritik rolu barədə dünya ictimaiyyətini məlumatlandırmaqdan ibarətdir və buzlaqların əriməsinin sürətləndirilməsi nəticəsində yaranan təxirəsalınmaz problemlərin bu proqramlarda öz həllini tapacağı bildirilib.
“Dünyada təxminən 700 000 kvadrat kilometr ərazini əhatə edən 275 000-dən çox buzlaq var. Buzlaqlar və buz təbəqələri qlobal şirin suyun təxminən 70 faizini saxlayır. Bununla belə, buz birləşmələri iqlim dəyişikliyi səbəbindən sürətlə geri çəkilir. Bu mühüm ehtiyatları qorumaq lazımdır. İqtisadi sabitliyin, mədəni xidmətlərin və dolanışıq vasitələrinin qorunması üçün vacibdir”, - deyə bildirilib.
Qeyd edilib ki, UNESCO və WMO “Beynəlxalq buzlaqların mühafizəsi ili” çərçivəsində 75-dən çox beynəlxalq təşkilat və 35 ölkə tərəfindən dəstəklənən beynəlxalq səyləri əlaqələndirəcək, bu il isə məlumatların təkmilləşdirilməsi üçün qlobal buzlaqların monitorinqi sistemlərini genişləndirəcək. Vurğulanıb ki, diqqətin buzlaqlardan asılı olan regionlarda su sistemlərinin inkişafına və dayanıqlı su ehtiyatlarının idarə edilməsinə yönəldilməsi nəzərdə tutulur.
Açıqlamda gənclərin buzlaqların mühafizəsi səylərinə və iqlim fəaliyyətinə cəlb edilməsinə üstünlük veriləcəyi qeyd edilib və hökumətləri, elmi qurumları, özəl sektor təşkilatlarını və vətəndaş cəmiyyəti təşkilatlarını bu qlobal səylərə qoşulmağa çağırılıb.
Digər tərəfdən qeyd olunub ki, Beynəlxalq Buzlaqların Mühafizəsi İli ilə bağlı tanıtım tədbiri Ümumdünya Ticarət Təşkilatının baş qərargahında keçirilib.
Aynurə