AZ

Azərbaycanda tələbələrin neçə faizi təqaüd alır? - AÇIQLANDI

Rəsmi məlumata görə, ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 49,2 faizdir ki, onların da 76,6 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.

Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsimdən əldə etdiyi məlumatda bildirilib.

2024-2025-ci tədris ilində ali təhsilin bakalavr səviyyəsinə qəbul olunan tələbələrin sayı 8,5 faiz artaraq 57,4 min nəfərə çatıb.

Hazırda dövlət ali təhsil müəssisələri tələbələrinin 54,3 faizi təqaüd alır. 

Azərbaycanda tələbə təqaüdləri sonuncu dəfə 2023-cü il yanvarın 1-də artırılıb və hazırda həmin sərəncam qüvvədədir.

Belə ki, təqaüdlərin məbləği 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib:

Doktorantura pilləsi üzrə:

- elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 manat;
- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 manat.


Magistratura səviyyəsi üzrə:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat;


Bakalavriat səviyyəsi üzrə:


- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 manat.
 

Orta ixtisas təhsili müəssisələrində:


- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 manat.


Peşə təhsili müəssisələrində:


- akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 100 manat;
- akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 80 manat;
- akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 66 manat.

Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manat müəyyən edilib. 

A.Qorxmaz

Seçilən
5
50
modern.az

10Mənbələr