AZ

“Bu, Bakı ilə İrəvan arasında sülh müqaviləsinə gətirib çıxara bilər” – Ramiz Yunus

“Prezident Trampın Ağ Evə qayıtması və inaiqurasiya müraciətində "sülhməramlı və birləşdirici" olmaq istədiyini açıqlaması ABŞ-nin yeni administrasiyası üçün hansı meyarların prioritet olacağını anlamağa əsas verir”.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-də yaşayan tanınmış siyasi təhlilçi Ramiz Yunus bildirib.

“Ümid edirəm Vaşinqton başa düşür ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi, eləcə də Yaxın Şərqdə gərginlik Azərbaycan-Ermənistan sülh prosesindən daha problemli vəzifələrdir. Bu da əslində Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına gətirib çıxara bilər”- deyə, o, əlavə edib.

R.Yunus vurğulayır ki, Nobel Sülh Mükafatını qazanmaq perspektivi olan belə bir tarixi şans həmişə ABŞ prezidentinin əlində olmur və çox ümid edirəm ki, prezident Trampın ən yaxın müşavirləri bunu dərk edirlər.

"Hazırlaşacam və bir gün şansım gələcək," – ekspert ABŞ-nin məşhur prezidentlərindən olan Avraam Linkolundan sitat gətirib.

“AzPolitika.info”

Seçilən
5
50
azpolitika.info

10Mənbələr