Yunan faciələrində teatr səhnəsinə "mekhane" olaraq endirilən bir Səhnə olardı. Faciədə baş verənlər yerə aid olduğu üçün hamının bildiyi və əzbərlədiyi zamanda Tanrılar tərəfindən "müdaxilə" bu səhnə ilə dəyişərdi. Bu "səhnə" teatrın əsası, faciənin zəmini idi. Bu "səhnə" "mekhane"adlandırılmışdı. Bu gün dilimizdə olan "mexanika" sözünün qaynağı budur. Sokrat üçün də "fəlsəfə" bir "mekhane" prosesi sayılmışdı.
"Mekhane"nin ustası Gəmi kapitanları idi o zamanlar. Adına isə yunanlar "kibernetikos", Filosofa isə "philosopias" deyərdilər. Hər ikisinin işi eyni idimi?
Yox.
"Kibernetikos" gəmini idarə edir, filosof insanı idarə edir ayrılığında ən vacib bir məsələ əsaslarının ayrılmasına səbəb olurdu. Gəmidəki "mekhane" dənizlərdəki gücə qarşı tərtib edilən "güc"ün biliyinə sahib olana "kibernetikos" adını verir,
həyatdakı "pilosopias" isə insandakı gücün bilinməsi məsələsi idi.
"Mekhane"nin dilimizdə adı yoxdur, kimsə buna nəzər salmadı. Kimsə bu nədir sualını vermədi. "Mekhane"nin ən yaxın tərcüməsi "tərtib verən"dir. Teatrda buna "tərtibat"çı deyilir. "Tərtibatçı" kimdir?
Aristotelin bütün teorisi bu "tərtibat" üzərində qurulub, Qərb dünyası bu günə qədər bu "mekhane"- "tərtibat" üzərindədir.
Yeni dünya düzənində "mekhane" "kibernetikos"a dayanır və "kiber təhlükəsizlik" yeni düzənin əsası olaraq üzə çıxmağa başlayır.
Dilimizdə tərifini verməyə çalışım, "idarə olunan tərtibatın gəmisini sürənlər"ın "Gəmi kapitanları"nın Sənətlərinin ustası olmaları əsas sayılmalıdır, deyilir.
İndi bütün dünya Kiber gəmisində dəniz quldurları ilə üz üzədir,
Faciəni səhnəyə gətirən yunan komedini səhnəyə gətirərkən "philosofiası" təmsil edən Sokrata gülürdü.
Faciə tərtibatında tək təmsil Tanrılara məxsus idisə, komediyada "philosofos"u təmsil edən Sokratlar idi.
İndi bunları xatırlamaqda məqsədim günümüzün indisini təsvir etmək cəhdidir.
"Teatr"ı tanımayanlar həyatın nə üzərində qurulduğunu bilməyənlərdir.
"KiberTeatr" səhnəsində dünya "mekhane"nın hardan gələcəyini tanımadığı üçün Gələcək qorxusunun yuxusunu yaşayır,
Gələcək isə çoxdan başlayıb, sadəcə dünənın zibillərini daşıyanların üfünəti havanın dəyişməsinə imkan vermir.
"KiberTeatr"ın pərdəarxası tamaşası davam edir.
İdris Heydərli
visiontv.az