AZ

Tramp HƏMAS-a 50 milyon dollarlıq prezervativ yardımını dayandırıb

ABŞ prezidenti Donald Tramp bildirib ki, HƏMAS hərəkatının bomba istehsalı üçün istifadə etdiyi iddia edilən 50 milyon dollarlıq prezervativ yardımının maliyyəsini dayandırıb...

Poliqon xəbər verir ki, Ağ Evdən çıxışı zamanı prezident Tramp xarici strukturlara ünvanlanan federal yardımın dayandırıldığını qeyd edib.

"Bu proses zamanı biz HƏMAS üzvlərinə prezervativ almaq üçün Qəzzaya göndərilən 50 milyon dollar vəsait müəyyənləşdirdik və dayandırdıq. HƏMAS bu prezervativlərdən bomba hazırlamaq üçün istifadə edirdi", deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp ABŞ-nin digər ölkələrə yardımını 90 gün müddətinə dayandıran sərəncam imzalayıb. Bu tədbirin əsas məqsədi yardımın şərtlərini yeni administrasiyanın xarici siyasət xəttinə uyğunlaşdırmaq məqsədi ilə yenidən nəzərdən keçirməkdir.

Daha sonra Dövlət Departamenti bildirib ki, ABŞ-nn digər ölkələrə yardımının dayandırılması ölkəyə milyard dollardan çox vəsait xərcləməkdən yayınmağa imkan verib.

Poliqon.info

Seçilən
7
50
poliqon.info

10Mənbələr