AZ

Şirvan Milli Parkında ceyranın başını kəsən şəxs TUTULDU

Şirvan Milli Parkının direktoru Seymur Kərimov polisə müraciət edərək qoruğun Yenikənd kəndinin ərazisində ceyranın kəsilmiş başı və 2 patron gilizinin tapıldığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən ceyranı qanunsuz ovlayan Neftçala rayon sakini, 1990-cı il təvəllüdlü Elvin Əsgərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
11
4
bizim.media

7Mənbələr