AZ

Şirvan Milli Parkında qanunsuz ceyran ovlayan şəxsi saxlanıldı

Şirvan Milli Parkının direktoru Seymur Kərimov polisə müraciət edərək qoruğun Yenikənd kəndinin ərazisində ceyranın kəsilmiş başı və 2 patron gilizinin tapıldığını bildirib.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən ceyranı qanunsuz ovlayan Neftçala rayon sakini, 1990-cı il təvəllüdlü Elvin Əsgərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
19
4
avtosfer.az

7Mənbələr