AZ

Zelenski: Tramp dəstək versə Ukrayna NATO-ya üzv olacaq

Zelenski:

Hazırda NATO-nun dörd ölkəsi Ukraynanın Alyansa qoşulmasının əleyhinədir, lakin ABŞ Prezidenti Donald Tramp bu qərara qarşı çıxanlara təsir edə bilər.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna prezident Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, bəzi ölkələr Ukraynanın NATO-da olacağını bəyan etsələr də, “bu, yalan sözlərdir, çünki onilliklər keçib və Ukrayna heç vaxt NATO-ya üzv olmayıb. Bu, vicdansızlıqdır”.

V. Zelenski qeyd edib ki, Ukraynanın NATO-ya daxil olmasının əleyhdarları Rusiya Federasiyası ilə əvvəlki bəzi razılaşmalara istinad edirlər:

“Niyə bizsiz bizim haqqımızda danışıqlar apardınız? Biz müstəqil ölkəyik. Mən başqalarının Ukraynaya olan hörmət səviyyəsini bərabərləşdirmək istərdim. Biz isə təhlükəsizlik zəmanəti üçün mübarizə aparırıq, NATO-da olmaq istəyirik, NATO ölkələrinin əksəriyyəti bizi dəstəkləyir”.

Zelenski bildirib ki, Ukrayna NATO-da dörd ölkə - ABŞ, Almaniya, Slovakiya və Macarıstan tərəfindən dəstəklənmir: “Lakin hər şey ABŞ-dan asılıdır və əgər Tramp Ukraynanı NATO-da görməyə hazırdırsa, biz NATO-da olacağıq, hamı bunun tərəfdarı olacaq. Əks halda, NATO-da olmayacağıq”.

E. KAMAL
Seçilən
15
50
reyting.az

10Mənbələr