AZ

Al Jazeera: "Qəzzada yenidən müharibə başlasa, ABŞ neytral qalacaq"

Bu sözləri Qətərin Doha Magistratura Araşdırmaları İnstitutunun professoru Məhəmməd Əl-Misri "Al Jazeera" xəbər agentliyinəaçıqlamasındadilə gətirib. O vurğulayıb ki, "İsrailin hər hərəkətini nəzarətdə saxlamaq zəruridir".

"Dünən İsrail əsgərlərinin Qəzzada bir fələstinlini güllələməsi ilə bağlı video yayılıb. Bu açıq-aşkar pozuntudur, amma atəşkəsin mühafizəsinə cavabdeh ABŞ-dən hər hansı tənqid eşitmədik. Odur ki atəşkəsin ilk mərhələsi başa çatar-çatmaz meydana gələsi hər hadisəyə diqqətlə yanaşmalıyıq. Belə görünür ki, İsrailin müharibəyə təzədən başlamaq niyyətindədir",- mütəxəssis söyləyib.

O, İsrail-HƏMAS müharibəsinin yenidən başlayacağı təqdirdə ABŞ-nin İsrailə artıq hər hansı dəstək verməyəcəyini diqqətə çatdırıb.

"ABŞ Prezidenti Donald Tramp andiçmə mərasiminin ardınca açıq-aşkar bildirdi ki, bu onların müharibəsidir. Bu ifadəni müəyyən mənada ABŞ-nin "əllərini yuyub meydandan çəkilməsi"nə dair bəyanat kimi başa düşdüm",- Əl-Misri vurğulayıb.
Tramp:"Qəzzada atəşkəsin davamlı qalacağına əmin deyiləm"

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən gün Ağ Evin Oval Ofisində sərəncamlar imzalayarkən jurnalistlərdən birinin "Qəzzada atəşkəs rejimini qoruyub saxlaya biləcəyinizə əminsinizmi?" sualına:

"Düzü, əmin deyiləm ki, Qəzza zolağında atəşkəs və əsir mübadiləsi üzrə razılaşma hər üç mərhələdə qüvvədə qalacaq. Bu bizim yox, onların (İsrail və HƏMAS - red.) müharibəsidir. Əmin deyiləm, ancaq düşünürəm ki, hər iki tərəf çox zəifləyib",- cavabını verib.

Firudin Həmidli
AzVision.az
Seçilən
20
50
azvision.az

10Mənbələr