AZ

Qəzzada İsraillə “HƏMAS” arasındakı atəşkəs davamlı olacaqmı?..-Analitikin şərhi...

“Əlbəttə, burada ipə-sapa yatmayan və atəçkəsdən yayınmağa çalışan İsrail baş naziri Netanyahu  üçün də müəyyən şərtlər və təhdidlər qoyulub ki, o, atəşkəsin davamlı olmasını təmin etsin...”
 
ABŞ-nin 47-ci prezidenti Donald Tramp hakimiyyətə gəlməmiş, yəni Cozef Baydenin administrasiyası dövründə Qəzzada İsraillə “HƏMAS” arasında atəşkəs əldə olundu. Bəs görəsən, Tramp dövründə bu, davamlı olacaqmı?..
 
Moderator.az-a açıqlamasında beynəlxalq siyasət üzrə analitik Teymur Qasımlı mövzunu  qısa şərh edib:
 
“Donald Tramp hələ andiçməsindən öncə demişdi ki, əgər “HƏMAS” mənim inauqurasiyamadək atəşkəsə razılaşmazsa, onun üçün cəhənnəm yaradacam. Və nəticə etibarilə yanvarın 19-da, yəni yeni ABŞ prezidentinin andiçmə mərasiminə bir gün qalmış İsrail və “HƏMAS” arasında atəşkəs imzalandı. Əlbəttə, bu həm Bayden, həm də Tramp administrasiyasının uğurudur. Amma bunun ardınca Tramp hakimiyyətə gəldiyi üçün bu daha çox onun üçün uğurdur. Əlbəttə, burada ipə-sapa yatmayan və atəçkəsdən yayınmağa çalışan İsrail baş naziri Netanyahu  üçün də müəyyən şərtlər və təhdidlər qoyulub ki, o, atəşkəsin davamlı olmasını təmin etsin...”
 
 
Seçilən
15
50
moderator.az

10Mənbələr