Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 6 +9, gündüz müsbət 9 + 11 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Ölkə üzrə yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq. Dağlıq ərazilərdə qar yağacaq. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında gecə 0-4, gündüz müsbət 7 + 11, dağlarda gecə mənfi 10, gündüz mənfi 3 dərəcədən müsbət 2 dərəcəyədək olacaq.