Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Ölkə üzrə şərq bölgəsində yağıntı mümkündür. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu mənfi 2-dən müsbət 3 dərəcəyədək, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Dağlarda gecə mənfi 10, gündüz müsbət 2 + 7 dərəcə olacaq.