Fransanın PSJ komandasının futbolçusu Milan Şkrinyar karyerasını Türkiyənin “Fənərbağça” klubunda davam etdirəcək.
Xezerxeber.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 29 yaşlı müdafiəçi müqavilə bağlamaq üçün bu gün İstanbulda olacaq.
Qeyd edək ki, Milan Şkrinyar bu mövsüm PSJ-nin heyətində 5 matçda meydana çıxıb.