"Napoli" Dortmund "Borussiya"sının hücumçusu Kərim Adeyemi üçün danışıqlara başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Klublar 45-50 milyon avroya razılığa gələ bilərlər.
Qeyd olunur ki, “Napoli” şəxsi müqavilə şərtlərini müzakirə etmək üçün 23 yaşlı Adeyeminin nümayəndələri ilə də əlaqə saxlayıb.
2024/2025 mövsümündə Kərim Adeyemi 13 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Napoli” bu yaxınlarda Xviça Kvaratsxeliyanı PSJ-yə satıb.