AZ

Azərbaycanda avtomobillərin qiyməti qalxıb? - Açıqlama

Son ayın göstəricilərinə görə, Bakıda avtomobil bazarında qiymətlər 5-10 faiz civarında artdığı müşahidə olunur. 

Əsasən, ikinci əl avtomobillərin qiymətlərinin qalxması alıcıları narahat edir.

Hətta 15-20 il əvvəl istehsal olunmuş maşınlar bazarda öz qiymətlərini möhkəm saxlayırlar.

Bəs, bu gedişlə qiymətlər necə dəyişəcək? 

Mövzu ilə bağlı News24.az-a açıqlama verən avtomobil satıcısı Hümbət İsayev bildirib ki, istehsal tarixi 10 ili ötmüş maşınların qiymətləri aşağı düşür.

O qeyd edib ki, insanlar yeni model avtomobillərə maraq göstərir. 

"2008-ci il buraxılışlı avtomobilə niyə 16 min manat versinlər? Alıcılar 30 min manata yeni model avtomobil alıb, uzun müddət texniki problemlərdən uzaq olurlar. 

Süni qiymət artımı edənlərə ən yaxşı cəza onlardan avtomobil almamaqdır. Hər şeyin öz qiyməti var. Mən yeni model avtomobili çox münasib qiymətə təklif edirəm. Ancaq adamlar var ki, problemli və köhnə maşınları çox baha qiymətə alıcılara sırımağa çalışırlar. Alıcılar diqqətli və səbrli olsunlar. Köhnə maşını baha alıb, daha sonra digər problemlərlə baş-başa qalmağı tövsiyə etmirəm", - deyə o vurğulayıb.

Ağa Dadaşzadə


Seçilən
34
16
news24.az

10Mənbələr