Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla Bolu vilayətinə yollanır.
XALQ.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun açıqlayıb.
Bildirilib ki, Ərdoğan Boluda dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğında həlak olanların cənazə namazında iştirak edəcək.
Xatırladaq ki, yanvarın 21-də Bolunun Kartalkaya dağ-xizək mərkəzinin hotelində güclü yanğın baş verib. Hadisə nəticəsində 76 nəfər həlak olub.
Türkiyə Prezidenti Boluda yanğın zamanı həlak olan “Türk Hava Yolları”nın (THY) əməkdaşı Zehra Sena Gültekinin ailəsini ziyarət edib.
Ərdoğan başsağlığı ziyarətindən sonra cənazə namazına qatılıb.