AZ

Ərdoğan Boluda yanğında ölən Gültekin ailəsi üzvlərinin vida mərasiminə qatılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla Bolu vilayətinə gedib. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ərdoğan Boluda dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın zamanı həlak olan “Türk Hava Yolları”nın (THY) əməkdaşı Zehra Sena Gültekinin ailəsini ziyarət edib.

 

Ərdoğan başsağlığı ziyarətindən sonra cənazə namazına qatılıb.

 

Xatırladaq ki, bədbəxt hadisə nəticəsində Zehra Sena Gültekinlə yanaşı həyat yoldaşı, 3 uşağı və 9 yaxını həyatını itirib.





Seçilən
1
3
senzor.az

10Mənbələr