AZ

Binəqədidə içməli su xəttində QƏZA: Təmir üçün asfalt örtüyü SÖKÜLMƏLİDİR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Binəqədi rayonundan keçən içməli su xəttində qəza baş verib.
Oxu.Az-ın məlumatına görə, 6-cı mikrorayon ərazisində baş verən qəza nəticəsində Svetlana Məmmədova küçəsi və ətrafı keçilməz vəziyyətə düşüb. Artıq iki gündür ki, içməli su küçələrə axır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
"Ərazidən keçən su xəttində qəza baş verib. Qazıntı işlərinin aparılması və borudakı qəzanın aradan qaldırılması üçün asfalt qatı sökülməlidir. Asfalt örtüyünün sökülməsi istiqamətində müvafiq quruma müraciət ünvanlanıb. Razılıq alınandan sonra bərpa işlərinə başlanılacaq", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Seçilən
29
33
oxu.az

10Mənbələr