AZ

Dərman qəbulundan sonra komaya düşən şəxs 1 ay sonra sağaldı VİDEO

Həkim təyinatı olmadan qəbul etdiyi dərmandan zəhərlənərək komaya düşən Masallı sakini 23 yaşlı Sahilə Əmirova sağalıb.

Xezerxeber.az xəbər verir ki, hadisə ötən il, dekabr ayının 31-də baş verib.

23 yaşlı qız Masallı rayonundan dərmandan zəhərlənmə səbəbi ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Xəstəyə qaraciyər hüceyrə çatışmazlığı və meninqoensefalit diaqnozları qoyulub.

Məlum olub ki, pasiyent yüksək hərarəti olduğu üçün həkim nəzarəti olmadan, gün ərzində həddindən artıq qəbul etdiyi hərarətsalıcı dərmanlardan zəhərlənib. 1 həftə komada, 5 gün huşu soporoz vəziyyətdə qalan xəstənin vəziyyəti stabilləşib. 

1 aya yaxın davam edən stasionar müalicə prosedurlarından sonra vəziyyəti qənaətbəxş olduğu üçün hepatoloqun nəzarəti altında ambulator müalicə üçün evə buraxılıb. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
23
9
xezerxeber.az

10Mənbələr