AZ

Bakıda 63 yaşlı kişi intihar edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yanvarın 26-da Bakı şəhəri, Xəzər rayonunun 63 yaşlı sakini intihar edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ötən gün saat 16:00-da Namiq Hüseyn oğlu Əbdülov Türkan qəsəbəsi, Firdovsi küçəsində yaşadığı evin qarşısında özünü asıb.
Onun intihar etməsinə səbəbin oğlunun böyük məbləğdə borca düşməsinin olduğu deyilir.
Belə ki, N.Əbdülovun oğlunun işlədiyi marketdə hesablaşma zamanı yaranan əskiklikdən dolayı 9 min manat məbləğində borcu yaranıb. Market müdiri oğlandan 3 min manat alıb. Lakin daha sonra müdir oğlandan 6 min manat tələb etmək əvəzinə 9 min manatı aybaay ödənişlər formasında göndərməsini istəyib.
Tələb olunan bu borcu oğlunun ödəyə bilməyəcəyindən qəhərlənən Namiq Əbdülov çarəni intihar etməkdə tapıb.
Seçilən
19
50
oxu.az

10Mənbələr