Bakı. Trend:
Vergi güzəşti almış layihələr kənd təsərrüfatı,aqrar biznes, fintek, “yaşıl iqtisadiyyat” və elektron ticarətsahələrində innovativ həllərdir.
2024-cü ildə 104-ü mikro və 5 kiçik sahibkarlıq subyekti olmaqla“Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafıAgentliyinə (KOBİA) ümumilikdə 109 müraciət daxil olub.Müraciətlərə “Startapın müəyyən olunması meyarları”na əsasənEkspertlər Şurası tərəfindən baxılıb və 65 KOB subyektinə “Startap”şəhadətbaməsi verilib. Şəhadətnamə almış sahibkarların 52-sihüquqi, 13-ü fiziki şəxs olmaqla, 62-si mikro və 3-ü kiçiksahibkardır.
“Startap” şəhadətnaməsi almış layihələr kənd təsərrüfatı, aqrarbiznes, fintek, “yaşıl iqtisadiyyat” və elektron ticarətsahələrində innovativ həlləri özündə birləşdirir.
Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərinişəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindənəldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 ilmüddətinə azad edir. Azərbaycanda innovativ sahibkarlığın inkişafı,startapların ideyalarının və startap ekosisteminin inkişafınadəstək məqsədilə Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixliqərarı ilə “Startapın müəyyən olunması meyarları” təsdiq edilib.Qərara əsasən “Startap” şəhadətnaməsinin verilməsi 2021-ci ilin mayayından KOBİA tərəfindən həyata keçirilir. Mikro və kiçiksahibkarlıq subyektləri “Startap” şəhadətnaməsini əldə etmək üçünKOBİA-ya müraciət edə bilərlər.