AZ

Təyyarədə unudulan pişik 24 saatda 3 dəfə uçdu - Foto

Yeni Zelandiyadan Avstraliyaya köçən bir ailənin pişikləri yaddan çıxaraq təyyarədə qalıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Kraystçörç şəhərindən Melburna köçən ailə 8 yaşlı "Mittens" adlı pişiyi yük anbarına təhvil verib.

Pişiyin sahibi Marqo Neas açıqlamasında Avstraliyaya gələndə 3 saat gözlədiklərini, ancaq pişiyin çatdırılmadığını bildirib.

Məlum olub ki, pişik yük anbarındakı əşyalara görə diqqətdən kənarda qalıb və təyyarə Yeni Zelandiyaya qayıdıb.

Stüardessalar səhvən “daimi sərnişinə çevrilən” pişiyi təyyarə ilə Melburna aparıb və ailəsinə qaytarıb.

Beləliklə, pişik 24 saat ərzində Yeni Zelandiya ilə Avstraliya arasında 3 dəfə səfər edib. 

Billurə Yunus

Seçilən
12
16
olke.az

10Mənbələr