Yeni Zelandiyadan Avstraliyaya köçən bir ailə səkkiz yaşlı Mittens adlı pişiklərini təyyarənin yük bölməsinə təhvil verib. Lakin bir qarışıqlıq nəticəsində Mittens yük bölməsində unudulub və təyyarənin yenidən Yeni Zelandiyaya qayıtması ilə iki ölkə arasında üç dəfə uçub.
Margo Neas adlı pişiyin sahibi bildirib ki, Avstraliyaya çatdıqdan sonra yük bölməsindəki pişiyin təhvil verilməsi üçün üç saat gözləyiblər, lakin pişik onlara çatdırılmayıb. Məlum olub ki, yük bölməsindəki əşyalar arasında Mittens fərq edilməyib və təyyarə artıq Yeni Zelandiyaya qayıdıb.