Son zamanlar öskürək və qrip kimi davamlı xəstəliklərdən xilas olmaq üçün alternativ təbabətə maraq xeyli artıb.
Ölkə.Az "haber 7"yə istinadla xəbər verir ki, davamlı öskürək tutmalarınız varsa, qara turp və bal müalicəsi ilə bu problemi aradan qaldıra bilərsiniz.
Qara turp tərkibindəki komponentlər və maddələr sayəsində xərçəng hüceyrələrinə qarşı çox təsirli bir antioksidandır. Mütəxəssislər bu tərəvəzdən salat və ya yeməklərdə istifadə etməyi tövsiyə edir.
Tərkibindəki yüksək miqdarda antioksidant sayəsində qan damarlarını zədələnmədən qoruyur. İnsult və iflic riskini azaldır.
Nizamsız ürək döyüntülərini, yorğunluğu və əzələ sancılarını aradan qaldırmağa kömək edir.
Qəbizliyin qarşısını alaraq həzm sistemini asanlaşdırır.
Tərləməyə kömək edir və toksinlərin atılmasında yardımçı olur.
Öskürəyi dayandırmağa kömək edir. Bronxiti tez aradan qaldırır və bəlğəmgətirici xüsusiyyətlərə malikdir.
Qara turp-bal qarışımı necə hazırlanır?
Turpu yuyun, başını kəsin və içərisini oyun. Daha sonra həmin oyduğunuz hissəyə bal tökün. Turpu stəkanın ağzına yerləşdirin. 12 saat gözləyin və aşağıdan stəkana süzülən mayeni için.
Billurə