AZ

Meksika: ABŞ-dan deportasiya ediləcək miqrantlar şərtli olaraq qəbul ediləcək

Meksika: ABŞ-dan deportasiya ediləcək miqrantlar şərtli olaraq qəbul ediləcək

Meksika ABŞ-dan deportasiya ediləcək qeyri-qanuni miqrantları qəbul edəcəyini, lakin təhlükəsiz üçüncü ölkə olmaq istəmədiyini bildirib.Meksika prezidenti Klaudiya Şeynbaum Milli Sarayda keçirdiyi gündəlik mətbuat konfransında ABŞ-dan deportasiya ediləcəyi gözlənilən minlərlə qeyri-qanuni miqrantın vəziyyətinə toxunub.ABŞ-ın göndərdiyi mühacirlərlə bağlı təhlükəsiz üçüncü ölkə olmaq istəmədiklərini vurğulayan Şeynbaum "Başqa ölkə vətəndaşlarının Meksikaya göndərilməsi ehtimalına qarşı davamlı ünsiyyətdəyik. Meksikalılar olaraq sərhəddə pis vəziyyətdə qalan kimisə tək başına buraxmarıq və bu, onsuz da bizim üçün yeni bir vəziyyət deyil" deyib.Şeynbaum ABŞ-dan deportasiya edilən öz vətəndaşlarını qəbul etdiklərini, lakin başqa ölkələrin vətəndaşlarını Meksikaya göndərmək məsələsində təhlükəsiz üçüncü ölkə olmaq istəmədiklərini söyləyib.Dialoq kanallarını hər zaman açıq saxladıqlarını qeyd edən Şeynbaum "Suverenliyimizi qorumaq və meksikalıların hüquqlarına hörmət etmək üçün şərəfli, məsuliyyətli və dialoq yönümlü bir rəftar nümayiş etdiririk" ifadəsini işlədib.Yerli mətbuatın məlumatına görə, ABŞ prezidenti Donald Tramp hakimiyyətə gəldikdən indiyədək 4094 qeyri-qanuni meksikalı mühacir deportasiya edilib.

Seçilən
11
50
afn.az

10Mənbələr