AZ

"Amerika miqrantlar ölkəsi olsa da, indi miqrantlara qapını göstərir"

Amerika rezindən deyil, bu ölkə artıq hər il milyonlarla köçkünü qəbul etmək iqtidarında deyil. Tramp qaçqınları deportasiya etmək istəyir, burası anlaşılandır. Ancaq axı Trampın babası da vaxtilə başqa ölkədən, konkret desək Almaniyadan Amerikaya köçüb, atası uğurlu biznes qurub və oğlu bundan faydalanıb.

Bu fikirləri News365.az-a politoloq Elxan Şahinoğlu bildirib. 

"Arxivləri axtarsalar, böyük ehtimalla Amerikaya Almaniyadan köçən babasının da sənədləri qaydasında olmayıb. Buna baxmayaraq, Tramp bəyan edir ki, qayıdın evinizə. Mürəkkəb vəziyyətdir, heç olmazsa miqrantların Amerikada doğulan övladlarına avtomatik vətəndaşlıq verilirdi, Ağ Evin yeni sahibi ondan da məhrum etmək istəyir. ABŞ-ın keçmiş Prezidenti Ronald Reyqan haqlı olaraq deyirdi ki, Siz Fransaya köçsəz, fransalı olmursuz, Almaniyaya köçsəz alman olmursuz, ancaq Amerikaya köçəndə amerikalı olursuz. Amerika miqrantlar ölkəsi olsa da, indi miqrantlara qapını göstərir."

Seçilən
2
50
news365.az

10Mənbələr