AZ

Kaja Kallas Avropanı Rusiya ilə müharibəyə hazırlaşmağa çağırdı

Avropa İttifaqının üzvləri Rusiya ilə mümkün müharibəyə hazırlaşmaq üçün müdafiə xərclərini artırmalıdırlar.

Editor.az bildirir ki, bunu Aİ diplomatiyasının rəhbəri Kaja Kallas deyib. “Rusiya bu gün, sabah təhlükəsizliyimiz üçün ekzistensial təhdid yaradır və nə qədər ki, biz müdafiəmizə kifayət qədər sərmayə qoymuruq. Zaman Rusiyanın tərəfində deyil. Amma bizim tərəfimizdə də deyil, çünki biz hələ ki, kifayət qədər iş görmürük. Heç kim “Müharibənin qarşısının alınmasına daha çox pul xərcləyəcəyimizə şübhə etməməlidir. Lakin biz həm də müharibəyə hazırlaşmalıyıq” – Kallas deyib. O, sovet dövründə anası, babası, nənəsi və ulu nənəsinin Estoniyanın işğalı zamanı Sibirə sürgün edildiyini bölüşüb. O, xüsusilə də buna görə Rusiyaya real münasibət bəslədiyini vurğulayıb.

Bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlev rusları bu onillikdə Qərblə müharibəyə hazırlaşmağa çağırmışdı. Buna görə də Qərb rəsmiləri Rusiyanın Ukrayna üzərində qələbə qazanacağı təqdirdə NATO ölkəsinə hücum etmək qərarına gələrsə, Moskva ilə birbaşa hərbi toqquşma ssenarisini ciddi şəkildə nəzərdən keçirir.

//Samir Qurbanov, Editor.az

Seçilən
13
15
editor.az

10Mənbələr