AZ

Krediti qaytarmayanlardan borcların yığılması üçün işçilər axtarılır - MAAŞ 500-800-1000-1300 MANAT - VAKANSİYALAR

SF Azərbaycan BOKT

Problemli kreditlər üzrə yığım operatoru (Hard)

Son tarix 22 fev 2025 - Müraciət et

Görəcəyiniz işlər:

  • Problemli kredit portfellərinə nəzarət etmək;
  • Hər bir gecikmə üzrə müştərilərlə ödənişlərini təmin etmək üçün mütəmadi əlaqə saxlamaq;
  • Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlər görmək;
  • Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək;
  • Hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmək;
  • Şirkətin rəhbərliyi tərəfindən tapşırılan digər vəzifə və öhdəliklərini həyata keçirmək.

Bu vəzifə üzrə ideal namizəd:

  • Aidiyyati sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
  • Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Stress altında işləmək və çətin vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Biz təklif edirik:

  • Müasir ofis;
  • Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Tibbi sığorta təminatının verilməsi (sınaq müddəti bitdikdən sonra);
  • Dadlı və limitsiz qəhvə;
  • “Team building” tədbirlərinin keçirilməsi.

Şərtlər:

  • İş vaxtı: Keçici cədvələ uyğun olaraq. qarışıq iş rejimi 10:00-dan 19:00-dək.
  • Nahar vaxtı 1 saat;
  • Əmək haqqı: 500 azn (net) + 800 KPI bonus;
  • Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi;

 

KOLLEKTA MMC

Problemli kreditlərlə iş şöbəsinin kiçik mütəxəssisi

Son tarix 22 fev 2025 - [email protected]

Vəzifə öhdəlikləri: 

  • Təşkilatın daxili təlimat, qayda və prosedurların, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
  • Zəruri sənədləri PKİD-ə aid xüsusi proqram təminatına yükləmək;
  • Təşkilatın əmlakları ilə bağlı sənədləşmə və qeydiyyat işlərini aparmaq;
  • Təyin olunmuş portfelin idarə olunması;
  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

Tələblər:

  • Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
  • Müvafiq sahə üzrə 1 ildən çox təcrübə;
  • 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
  • Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
  • Dəqiqlik, detallara fikir vermək qabiliyyəti.
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür
  • İş şəraitinin şərtlərini nəzərə alaraq yalnız bəy namizədlərə üstünlük verilir.

İş barədə məlumat:

  • Əmək haqqı: 500-800 AZN
  • İş yeri: Bakı şəh, Nərimanov rayonu
  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
  • 6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00

CV-lərinizi “Problemli kreditlərlə iş şöbəsinin kiçik mütəxəssisi” başlığı altında elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır.

 

MJ Finance

Problemli kreditlər üzrə mütəxəssis

 Son tarix 22 fev 2025 [email protected]

Vəzifə öhdəlikləri: 

  • BOKT daxili təlimat, qayda və prosedurların, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
  • Zəruri sənədləri PKİD-ə aid xüsusi proqram təminatına yükləyir;
  • BOKT-un əmlakları ilə bağlı sənədləşmə və qeydiyyat işlərini aparmaq;
  • Təyin olunmuş portfelin idarə olunması;
  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

Tələblər:

  • Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
  • Müvafiq sahə üzrə 2 il iş təcrübə tələb olunur;
  • 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
  • Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
  • Dəqiqlik, detallara fikir vermək qabiliyyəti.
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür
  • Bəy namizədlərə üstünlük verilir.

İş barədə məlumat:

  • Əmək haqqı: 1000-1300 AZN
  • İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.
  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
  • 6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00

CV-lərinizi “Problemli kreditlər üzrə mütəxəssis” başlığı altında elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır.

Seçilən
19
50
fed.az

10Mənbələr