ABŞ-yə qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün oğurluq və soyğunçuluq kimi müxtəlif səbəblərlə günahlandırılan qeyri-qanuni mühacirlərin həbs edilməsini tələb edən qanun layihəsi Senatda, daha sonra isə Nümayəndələr Palatasında qəbul edilib.
Qeyri-qanuni mühacir tərəfindən öldürülən amerikalı kollec tələbəsinin şərəfinə "Laken Riley Qanunu" adlandırılan qanun layihəsi ABŞ Nümayəndələr Palatası tərəfindən 263 leyhinə, 156 əleyhinə səslə təsdiqlənib.
"Operativ Media" xəbər verir ki, respublikaçıların hazırladığı qanun layihəsinə 46 demokrat deputatın “hə” səs verməsi diqqət çəkib.
İki gün əvvəl Senatdan keçən qanun layihəsi Nümayəndələr Palatasında təsdiqləndikdən sonra Ağ Evə göndərilib.
Tramp tərəfindən imzalanacaq tənzimləmə Trampın ikinci dövrünün ilk qanunu kimi qeyd olunacaq.