Texas qubernatoru Greg Abbott, Konqresdən ABŞ-in keçmiş prezidenti Co Bayden dövründə sərhəd təhlükəsizliyi üçün 11 milyard dollar təzminat tələb edib...
Poliqon xəbər verir ki, bu barədə Texas qubernatorunun saytında məlumat verilib.
“Ümumilikdə, Texas milləti və sərhədi qorumaq üçün 11,1 milyard dollardan çox xərcləyib. Mən rəsmi olaraq federal hökumətdən Texasa bu xərclərin tam şəkildə ödənilməsini xahiş edirəm”, Abbott məktubunda yazıb.
O əlavə edib ki, Co Bayden dövründə administrasiyanın immiqrasiya siyasəti faktiki olaraq Texası və Amerikanın qalan hissəsini qeyri-qanuni miqrantların sızmasına qarşı müdafiəsiz qoyub.
Bundan əvvəl isə ABŞ prezidenti Donald Tramp Vaşinqtonda tərəfdarları qarşısında çıxış edərək qeyri-qanuni miqrantların Meksika ilə sərhəddən ölkəyə sıxılmasını dayandıracağına söz vermişdi.
Poliqon.info