Qanunsuz immiqrasiyaya qarşı ritorikası ilə seçkidə qalib gələn Donald Tramp andiçmə mərasimindən sonra sərhəd təhlükəsizliyini ön planda tutan qərarlar verib.
Editor.az xəbər verir ki, ABŞ sərhəd qüvvələri bu gün 538 qeyri-qanuni immiqrantın həbs edildiyini və onlardan 373-ü haqqında həbs qərarı verildiyini bildirib. Sərhədlərin bağlanacağını vurğulayan Tramp xüsusilə cinayət törədən sığınacaq axtaranları deportasiya edəcəyini bildirib. Ağ Evin sözçüsü Karoline Leavitt yanvarın 22-də mətbuata verdiyi açıqlamada deyib: “Tramp federal əmrlərə uyğun olaraq hazırda 2500 əsgərin yerləşdirildiyi cənub sərhədinə 1500 əlavə əsgər göndərilməsi ilə bağlı daha bir sərəncam imzalayıb”.
//Gülnarə Abasova, Editor.az