AZ

Tramp vəzifəyə gəldiyi ilk gündə onlarla icra sərəncamı imzalayıb

ABŞ prezidenti Donald Tramp Ağ Evdəki ilk günündə cəmi 47 dəqiqə 5 saniyə ərzində onlarla sənəd imzalayıb.

Editor.az bu barədə xarici mətbuata istinadla xəbər verir. Dövlət başçısı sərəncamları imzalayarkən jurnalistlərin suallarını cavablandırıb. O qeyd edib ki, sələfi Co Bayden heç vaxt bunu etməyib. Trampa digər məsələlərlə yanaşı, Ukraynadakı münaqişə, TikTok sosial şəbəkəsinin ABŞ-da bloklanması ilə bağlı vəziyyət, Qrenlandiyanı ABŞ-a birləşdirmək niyyəti və Venesuelaya münasibəti ilə bağlı suallar verilib. Jurnalistlər həmçinin Trampın Rusiya prezidenti Vladimir Putinlə nə vaxt danışacağı və onun Çinə səfər etməyi düşünüb-düşünmədiyi ilə maraqlanırdı.

Los Angeles Times xəbər verir ki, Tramp ABŞ-ın Ukrayna və digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırmaq barədə sərəncam imzalayıb. Ötən gün CNN telekanalı Trampın Putinlə telefon danışığı əmri verdiyini bildirib. Görüşün mövzusu Ukraynada həll yolu olacaq. Respublikaçı dəfələrlə həm seçkidən əvvəl, həm də seçkidən sonra bunu edəcəyinə söz verib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
6
34
editor.az

10Mənbələr