AZ

Donald Tramp qeyri-qanuni mühacirlərə qarşı sərt tədbirləri nəzərdə tutan fərman imzalayıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp ölkənin cənub sərhədindənqeyri-qanuni mühacirlərin girişini qadağan edən fərmanimzalayıb.

Trend xəbər verirki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Yeni fərmana əsasən:

Daxili Təhlükəsizlik Departamenti, Ədliyyə Departamenti vəDövlət Departamenti qeyri-qanuni mühacirlərin ABŞ sərhədindənkeçməsinin qarşısını almaq üçün birgə işləməlidir.
Bu şəxslərin dərhal ölkədən çıxarılması və repatriasiyası təminedilməlidir.
Qeyri-qanuni mühacirlərin sığınacaq tələbləri ilə ABŞ-da qalmaqhüquqları ciddi şəkildə məhdudlaşdırılacaq.

Bundan əvvəl Tramp, 90 gün müddətində ABŞ daxilindəhüquq-mühafizə funksiyalarını həyata keçirmək üçün silahlıqüvvələrdən istifadəyə imkan verən qanunvericiliyin tətbiqiməsələsini də nəzərdən keçirmək barədə göstəriş verib.

Bu sərt tədbirlər mühacirət siyasətinin sərtləşdirilməsiistiqamətində administrasiyanın atdığı növbəti addım kimiqiymətləndirilir.

Seçilən
10
34
az.trend.az

10Mənbələr