AZ

ABŞ-də mühacir gərginliyi başladı - Meksika sərhədi bağlandı, geri qayıdan qaçqınlar üçün çadırlar qurulur + VİDEO

ABŞ-yə qanuni giriş üçün istifadə edilən sərhəd nəzarəti xidməti ləğv edilib.

“AzPolitika” xəbər verir ki, bu barəd ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin rəsmi səhifəsində açıqlama verilib.

Qeyd olunub ki, ölkəyə qanuni immiqrasiyaya icazə verən “CBP One” adlı tətbiq silinib.

“20 Yanvar 2025-ci il tarixindən etibarən, sənədsiz əcnəbilərin 8 fərqli cənub-qərb sərhəd qapısına müraciət etməsinə və görüş təyin etməsinə imkan verən bir tətbiq artıq yoxdur”, - deyə məlumatda bildirilib.

Qeyd olunur ki, İstifadəçilər proqramı açanda onun artıq mövcud olmadığını və mövcud görüşlərinin ləğv edildiyindən xəbərdar olublar.

Xatırladaq ki, yeni ABŞ lideri Donald Tramp ölkədəki qeyri-qanuni immiqrasiya problemini aradan qaldırmaq üçün sərt tədbirlər görüləcəyini açıqlamışdı. O, 2019-cu ildə olduğu kimi ABŞ-Meksika sərhədində Milli Fövqəladə Hal elan edəcəyini, qeyri-qanuni immiqrasiyanın qarşısını alacağını və bu insanları deportasiya edəcəyini bildirib.

Onu da qeyd edək ki, Meksikanın Huixtla şəhərində miqrantlar ABŞ-yə keçmək üçün sərhədə gəlməyə davam edirlər. Yeni prezidentin immiqrasiya siyasətini sərtləşdirməsinə baxmayaraq, ABŞ sərhədində minlərlə qaçqın izdihamının olacağı təxmin edilir. ABŞ sərhədindən geri göndərilən miqrantların yerləşdirilməsi üçün artıq 6 çadırın quraşdırılması işlərinə başlanılıb. Federal hökumətin məlumatına görə, ABŞ-yə qəbul olunmayan miqrantlar bu çadırlara yerləşdiriləcəklər.

“AzPolitika.info”

Seçilən
4
34
azpolitika.info

10Mənbələr