AZ

"Donald Tramp prezident kimi ilk günündə 200-dən çox sənəd imzalayacaq"

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə başladığı gün 200-dən çox fərman və sərəncam imzalamaq niyyətindədir.

Marja xəbər verir ki, bu barədə "The Washington Post" (WP) mənbələrə istinadən yazır.

WP-nin məlumatına görə, Tramp Meksika ilə sərhəddəki vəziyyət, enerji və hökumət aparatları ilə bağlı “kütləvi dəyişikliklər” planlaşdırır. Donald Trampın bəzi neft-qazma əməliyyatlarına qoyulan məhdudiyyətləri aradan qaldıracağı, həmçinin inklüziv siyasətləri,  iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini ləğv edəcəyi gözlənilir.

"Fox News" xəbər verir ki, "Amerika ailələrinin yaşayış xərclərini azaltmaq" üçün də sərəncamlar imzalanacaq. Bundan əlavə, qeyri-qanuni immiqrantlar üçün sərhədlərin bağlanması və bir neçə yerin adının dəyişdirilməsi planlaşdırılır, məsələn, Meksika körfəzi “Amerika körfəzi”nə çevriləcək.

Donald Trampın andiçmə mərasimi bu gün, yanvarın 20-də Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq. CNN-in məlumatına görə, o, rəsmi vəzifəyə gəldikdən bir neçə gün sonra Rusiya prezidenti Vladimir Putinlə danışmaq niyyətindədir. Kanalın həmsöhbətləri iddia edirlər ki, Tramp artıq öz köməkçilərinə telefon əlaqəsinə hazırlaşmağa başlamağı tapşırıb.

Seçilən
15
34
marja.az

10Mənbələr