“Donald Trampın andiçmə mərasimindən əvvəl çıxışlarında yer alan bir sıra bəyanatlar diqqət çəkib. Faktiki olaraq inaqurasiya zamanı həmin bu bəyanatlar təkrar olunub. Unutmaq olmaz ki, Donald Tramp çox praqmatik bir siyasətçi, iş adamıdır. Onun gördüyü işlər ilk növbədə iqtisadi, maliyyə və siyasi cəhətdən ölkəsinin maraqlarına cavab verən addımlar olacaq”.
Bunu Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.
Onun sözlərinə görə, Trampın Meksika körfəzinin adının dəyişdirilməsi ilə bağlı bəyanatı da bir sıra dövlətlər tərəfindən qıcıqla qarşılanıb:
“Trampın Avropaya ünvanladığı bəyanatlar da bu sıraya daxildir. Hesab edilir ki, NATO-ya kifayət qədər pay ötürmür. Çinlə bağlı isə müəyyən gömrük xərclərinin qaldırılması məsələsi gündəmdədir. Ancaq eyni zamanda, Tramp bəyan etmişdi ki, Çin güclü dövlətdir və onunla ehtiyatla davranacaq. İranın adını çəkməməsi isə o demək deyil ki onla müttəfiqdir. Onla bağlı yeni Amerika administrasiyanın yeni planları var”.
//Gülnarə Abasova, Editor.az