Bu gün kişi voleybolçular arasında Yüksək Liqada VII tura yekun vurulacaq.
İdman.biz xəbər verir ki, son oyun günündə bir matç keçiriləcək.
“Azərreyl” çempionatın lideri “Murov Az Terminal”la görüşəcək. Qarşılaşma GİN-in Voleybol Mərkəzində baş tutacaq.
Yüksək Liqa (kişilər)
VII tur
23 yanvar
16:00. “Azərreyl” - “Murov Az Terminal”
GİN-in Voleybol Mərkəzi
1 | Murov Az Terminal | 6 | 6 | 0 | 18-0 | 450-306 | 18 |
2 | Xilasedici | 7 | 6 | 1 | 18-4 | 526-400 | 18 |
3 | Azərreyl | 6 | 4 | 2 | 15-6 | 495-380 | 13 |
4 | Neftçi | 7 | 3 | 3 | 9-15 | 498-540 | 8 |
5 | MOİK | 7 | 1 | 6 | 3-20 | 482-548 | 2 |
6 | Gənclər | 7 | 0 | 7 | 3-21 | 398-576 | 1 |
Qeyd edək ki, turun ilk günündə “Gənclər” MOİK-ə 2:3 (25:22, 19:25, 25:20, 20:25, 9:15) hesabı ilə uduzub, “Xilasedici” “Neftçi”ni üç setdə məğlub edib - 3:0 (25:16, 25:23, 25:12).
İdman.biz