Müğənni Aysun İsmayılovanın həyat yoldaşı, vəkil Ramil Vəliyev "instaqram" hesbındakı paylaşımı ilə diqqət çəkib.
O, şəxsi həyatı ilə bağlı danışan şəxslərə xəbərdarlıq edib.
"Heç kimə başqalarının şəxsi həyatı maraqlı olmamalıdır. Kim ayrıldı, kim boşandı. Hər şeyin əvvəli olduğu kimi, sonu da var. Ağıllı-ağıllı rəy və ya mesaj yazıb, mülahizə irəli sürməyin, səbəb axtarmayın. Sadəcə xarakter, xasiyyət fərqi" deyə o paylaşımında qeyd edib.