"Qalatasaray"ın 100 milyon avroluq dəyəri olan nigeriyalı hücumçusu Viktor Osimhen İstanbulda jurnalistlərə hücum çəkib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bardan çıxan Osimhen və 10-a ayxın dostları onların fotolarını çəkən jurnalistlərə gözlənilməz sərt reaksiya veriblər.
Məlumata görə, 25 yaşlı futbolçu 10-a yaxın dostu ilə Maslakdakı əyləncə məkanlarından birinin qarşısında onlaırn görüntülərini çəkən jurnalistlərə yaxınalaşarq, əvvəlcə onları sərt üslubda təhdid edib: "Daha sonra isə o, jurnalistləri yumruqlamağa başlayıb. Bu zaman dostları həmin anı çəkməyə çalışan digər jurnalistlərə mane olmağa çalışıblar...".
Döyülən jurnalistlərdən Tolqa Bozduman baş verənləri "Posta" qəzetinə danışıb: "Mən Osimheni üç həmkarımla qapıda lentə aldım. Fotoaparatın işığı yanan kimi, o, qışqıra-qışqıra mənə tərəf qaçdı. Kameramı əlimdən almağa çalışdı, amma vermədim. Daha sonra yumruq atdı, başımdan zərbə aldım. Hələ də başım ağrıyır. Ancaq yenə geri çəkilmədim. Ondan sonra hirsli şəkildə "Görüntünü sil, pul verəcəyəm" deyə rüşvət təklif etdi, rədd cavabı aldı. Bundan sonra isə dedi ki, "sizi məhv edəcəm”".
Fərid ASLAN
MİA.AZ