AZ

"Qalatasaray"ın hücumçusu jurnalistə hücum etdi: "Səni məhv edəcəyəm"

"Qalatasaray"ın Nigeriyalı hücumçusu Viktor Osimhenin jurnalistə görüntüləri paylaşmaması üçün pul təklif etdiyi və yumruqla vurduğu iddia edilir.

"Qalatasaray"ın mövsümün əvvəlində İtaliyanın "Napoli" klubundan icarəyə götürdüyü Nigeriyalı hücumçu Viktor Osimhen dünən gecə böyük səs-küy yaradıb.

Dostları ilə əyləncə məkanından çıxarkən fotoşəklini çəkmək istəyən jurnalistləri, o cümlədən "Posta" qəzetinin müxbiri Tolqa Bozdumanı görəndə əsəbiləşib.

Osimhen həm fiziki, həm də sözlə hücum edərək təhdidlər yağdırıbı və müxbir Tolqa Bozdumana yumruq vurub.

Jurnalist Tolqa Bozduman gərgin anları belə izah edib:

"Osimhen oradan çıxarkən üç həmkarımla onun şəkillərini çəkirdik. Kameraların işıqları sönəndən sonra o, özündən çıxdı. O, qışqıra-qışqıra mənə tərəf qaçdı və kameranı əlimdən almağa çalışdı. Ona icazə vermədim, buna görə də məni vurdu. Sonra söyüş söyməyə başladı. Vurduğu yumruq başıma dəydi. Sağ tərəfim hələ də ağrıyır. Daha sonra 'Görüntüləri silin, sizə pul verəcəyəm' dedi. Təklifini qəbul etmədikdə isə 'Sizi məhv edəcəyəm' deyə hədələdi."

Lalə Qüdrətova
Milli.Az

Seçilən
3
3
milli.az

3Mənbələr